ABŞ beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

   ABŞ beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib
  29 İyun 2022    Oxunub:1710
Amerika Birləşmiş Ştatları beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib. Səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl və sonra Rusiyanın müdafiə və hərbi sektorunun dəstəyi olub.
"Financial Times"ın məlumatına görə, ABŞ Ticarət Nazirliyi Çin şirkətlərini xüsusi “təşkilatlar siyahısı”na daxil edib. Buraya Connec Electronic, King Pai Technology, Sinno Electronics, Winninc Electronic və World Jetta (HK) Logistics daxildir. Sanksiyalar bu şirkətlərin ABŞ məhsullarını ixrac etməsinə qadağa qoyur.

ABŞ-ın ticarət nazirinin müavini Alan Esteves deyib: “Bugünkü hərəkətlər bütün dünya üzrə biznes və fiziki şəxslərə güclü siqnal verir ki, əgər onlar Rusiyanı dəstəkləmək istəsələr, ABŞ onlardan əl çəkəcək”.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti