Şuşaya əlavə avtobus reysi açılacaq

Şuşaya əlavə avtobus reysi açılacaq
  25 İyun 2022    Oxunub:457
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıdan Şuşaya əlavə avtobus reysinin açılmasına qərar verib.
AzVision.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər.

AzVision.az

Teqlər: Şuşa  







Xəbər lenti