“Əgər iqtidar dialoqa hazırdırsa...”
AzVision.az Ə.Həsənovun dialoqla bağlı fikirlərinə müxalifət partiyalarının rəsmilərindən münasibət öyrənib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədr müavini Razi Nurullayev bildirib ki, dialoqdan heç bir partiya qaçmır. “Müxalifət partiyaları da həmişə dialoq tərəfdarları olub və dialoqla bağlı bu və ya digər təkliflərini göndəriblər. Hakimiyyət tərəfindən də dialoqun başlanması ilə bağlı təkliflər səsləndirilir. Amma əfsuslar olsun ki, bunlar bəyanat şəklində olur, faktiki olaraq və hayata keçirilmir. Əgər konkret olaraq müəyyən bir obyekt, mövzu ətrafında təkliflər olarsa, əlbəttə ki, bütün partiyalar, o cümlədən bizim partiyamız həmin o dialoq təklifini dəyərləndirə və bununla bağlı qərar verə bilər. Ancaq istənilən halda mənə elə gəlir ki, Azərbaycandakı problemlər, qlobal məsələlərlə bağlı demokratiyiya və insan hüquqlarına dair beynəlxaq təşkilatların yazdığı hesabatlara dair müxalifətin narahatlıqları, hakimiyyətin gözləntiləri və s. barədə dialoqun olması vacibdir. Amma birinci növbədə dialoqun predmeti olmalıdır. Həmin predmet ətrafında həm müxalifət həm də iqtidar müəyyən razılığa gəlib, dialoqa başlamaq olar”-deyə, sədr müavini əlavə edib.
R.Nurullayev dialoqun başlanmasının daha çox hakimiyyətdən asılı olduğunu söyləyib. “Mənə elə gəlir ki, müxalifət həmişə dialoqun tərəfdarı olub. Əgər doğurdanda səmimiyyət olacaqsa, ciddi mövzular və onların nəticəsi də ortada olan bir dialoq olarsa, mən tamamilə əminəm ki, bu dialoq baş tuta bilər və nəticəsi də olar”-deyə, AXCP rəsmisi qeyd ediv.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu iqtidarın bu çağırışlarının müsbət hal olduğunu deyib.
“Biz 2005-ci ildən bəri iqtidar müxalifət arasında siyasi dialoqun vacibliyini vurğulayırıq, dəfələrlə müraciət eləmişik və cəmiyyətdə gərginliyin aradan qaldırılmasında, milli birliyin yaradılmasında dialoqun xüsusi önəmini qeyd eləmişik. Bu gün də hakimiyyət tərəfindən belə bir bəyanatın verilməsi müsbət bir hadisədir. Amma əfsuslar ki, bunlar ancaq söz səviyyəsindədir, konkret addımlar atılmayıb. Ona görə də səmimi şəkildə iqtidar dialoqa hazırdısa, dərhal təşəbbüsdə olub müxalifətlə konkret milli məsələlərlə bağlı dialoqa başlaya bilər. Bizdə öz tərəfimizdən böyük məmnuniyyətlə həmin dialoqda iştirak etməyə hazırıq”-deyə, Sərdar Cəlaloğlu qeyd edib.
ADP sədri bildirib ki, iqtidar-müxalifət dialoqun reallaşmamasının yeganə səbəbi subyektiv məsələlərdir. “Yəni Azərbaycandakı mövcud şərtlər dialoqu zəruri edir. Kimlərsə . Amma bütünlüklə mili maraqlar tələb edir ki, ölkədəki siyasi qüvvələr arasında dialoq olsun, yaxınlaşma olsun”
Sevinc İltifatqızı