Xəzərdə külək elektrik stansiyalarının xəritəsi hazırlanır
AzVision.az xəbər verir ki, bunu Dünya Bankının (DB) bərpa olunan enerji üzrə baş mütəxəssisi Şon Uittaker Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
Ş.Uittaker qeyd edib ki, Azərbaycanın külək enerjisi istehsal gücü 157 giqavatt səviyyəsində qiymətləndirilir. Onun sözlərinə görə, külək stansiyalarının layihələndirilməsi, quraşdırılması və istismarı prosesi çox mürəkkəbdir, lakin yol xəritəsində dənizdə külək enerjisinin potensialını reallaşdırmaq üçün görülməli olan tədbirlər öz əksini tapıb.
AzVision.az
Teqlər: