“Qaradağ” Günəş Elektrik Stansiyası gələn ilin sonuna hazır olacaq

   “Qaradağ” Günəş Elektrik Stansiyası gələn ilin sonuna hazır olacaq
  02 İyun 2022    Oxunub:1406
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə fəaliyyətini genişləndirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxış edən "Masdar" şirkətinin İnkişaf və İnvestisiya departamentinin rəhbəri (Mərkəzi Asiya və Rusiya) Abdulla Zayed bildirib. Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji üzrə böyük potensial var:

"Bu imkanların davamlı olmasını istəyirik. Azərbaycanı bərpa olunan enerji mənbələri üzrə region mərkəzi kimi görürük. Külək, günəş enerjisindən istifadə ilə bağlı layihələrin daha da inkişaf etdirmək istəyirik.

Qaradağda inşa edilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası növbəti ilin sonuna qədər tamamlanacaq və istifadəyə veriləcək. Bununla ölkədə 110 min evi enerji ilə təmin edəcəyik. Bu, struktur, maştabı baxımından ilk böyük layihə olacaq"

Aytən Zəhra
AzVision.az



Teqlər: Qaradağ  





Xəbər lenti