Minaya düşən hərbçinin ayağı amputasiya edildi

   Minaya düşən hərbçinin ayağı amputasiya edildi
  27 May 2022    Oxunub:1597
Daxili İşlər Nazirliyi Ağdamda minaya düşən Daxili Qoşunlarının hərbi qulluqçusunun səhhəti barədə məlumat verib.
Qurumun mətbuat xidmətindən AzVision.az - bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib. Hazırda vəziyyəti stabildir.

AzVision.az


Teqlər: Mina  





Xəbər lenti