229 milyon ƏDV məbləği geri qaytarılıb

   229 milyon ƏDV məbləği geri qaytarılıb
  27 May 2022    Oxunub:1018
Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il mayın 1-nə qədər istehlakçılara 573 199 160 kassa çeki üzrə 228,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-aprel aylarında isə 144 945 143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov bildirib ki, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

AzVision.az


Teqlər: ƏDV  





Xəbər lenti