Minaya qalib gəlmək üçün özünə qalib gəlməlisən

      Minaya qalib gəlmək üçün    özünə qalib gəlməlisən
  26 May 2022    Oxunub:5646
“Minalara qarşı mübarizə” ifadəsi dilimizdə özünə yer edib, amma əslində bu, doğru ifadə deyil. Mina bir növ tələdir. Qat-qat amansız, fatal, faciəli, amma hər halda, tələ. Tələ ilə mübarizə aparmaq yox, ona düşməməyə çalışmaq lazımdır. Minaya da həmçinin. Tələ ilə mübarizə mahiyyətcə insanın özü ilə mübarizə aparması deməkdir.
Minaya qarşı mübarizə də əslində elə insanın özü, xasiyyəti, nəfsi ilə mübarizə aparması deməkdir. Bizim təbiətimizdə qadağaları pozmağa həvəs, xəbərdarlıqlara ciddi yanaşmamaq, başqasının səhvindən nəticə çıxarmamaq kimi çoxlu mənfi cəhətlər var. Adi həyatda insan insana bunları bağışlaya bilər, amma minalar heç kimə bağışlamır!

Nə qədər banal səslənsə də deyəcəyik: mina tələsinə düşməmək üçün insan özünə nəzarət etməyi, özünə qalib gəlməyi öyrənməlidir. Biz bunu deyir, fəqət eləmirik. Amma cəza ölümdürsə, onda necə?

İnsan təbiətdə bəlkə də yeganə canlıdır ki, həyatını tamamilə mənasız şəkildə - marağa, əyləncəyə, özünə nəyisə sübut etməyə görə riskə atır. Başqa heç bir canlı bunu etmir. Bəlkə onlardan öyrənək?



Teqlər: Mina  





Xəbər lenti