Vüqar Gülməmmədov: "Xəzinədən kənar əməliyyatların həcmi ilbəil artır"

      Vüqar Gülməmmədov:    "Xəzinədən kənar əməliyyatların həcmi ilbəil artır"
  25 May 2022    Oxunub:1376
Təhlillər göstərir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə xəzinədən kənar əməliyyatların həcmi ilbəil artır.
AzVision.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mayın 25-də 2021-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisin komitə iclasında keçirilən müzakirələr zamanı deyib. Vüqar Gülməmmədov qeyd edib ki, 2021-ci il üçün dövlət büdcəsi ilə bağlı illik hesabata əlavə sənədlər və geniş məlumatlar daxil edilib.

Hesabatın büdcə qanunvericiliyinə uyğun olduğunu qeyd edən V.Gülməmmədov gəlirlərin proqnoz göstərici ilə müqayisədə artıq olduğunu diqqətə çatdırıb.

Büdcənin icrasında dəyişikliklərin əvvəlki illərlə müqayisədə azaldığını qeyd edən sədr 2021-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə keçid və infrastruktur layihələrin üstünlük təşkil etdiyini deyib. Bölüşdürülməmiş xərclər üzrə dəqiq məlumatın aparılmasının vacibliyi vurğulanıb.

AzVision.az



Teqlər: Büdcə  





Xəbər lenti