AMEA-nın alimi özünü öldürdü

   AMEA-nın alimi özünü öldürdü
  23 May 2022    Oxunub:458
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.
41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib.

Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)

AzVision.az

Teqlər: AMEA   İntihar  







Xəbər lenti