Britaniyada illik inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb

Britaniyada illik inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb
  18 May 2022    Oxunub:1493
Böyük Britaniyada illik inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb.

Britaniya Milli Statistika İdarəsi inflyasiyanın yüksəlməsinə əsas səbəb kimi enerji və ərzaq qiymətlərindəki artımı göstərib. Restoran və kafelərin menyusundakı bütün məhsulların qiymətlərinin artmasının və bunun səbəbi pandemiya dövründə turizm sektorunda 12,5 faizə endirilən ƏDV-nin aprel ayında yenidən 20 faizə qaytarılması ilə izah edilib.

Həmçinin aprel ayında inflyasiyanın dörddə üçü enerji ödənişlərindəki artımla bağlı olub. Mart ayında ölkədə benzinin qiymətinin 1,64 funtu, dizelin isə 1,76 funtu ötərək bütün zamanların rekord səviyyəsinə çatdığı elan edilmişdi. Ötən il isə benzinin 1 litrinin qiyməti 1,26 funt sterlinq idi.

Britaniya Bankı oktyabr ayında enerji ödənişlərinin yenidən artması ilə inflyasiyanın daha da çoxalacağını proqnozlaşdırıb.


Teqlər:





Xəbər lenti