Nüşabə Ələsgərli Elzaya pul verdi

Nüşabə Ələsgərli Elzaya pul verdi
  18 May 2022    Oxunub:1509
Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Elza Seyidcahana dəstək olub.

İfaçı "Səni axtarıram" proqramına zəng edərək onun maddi yardım istəməsinə münasibət bildirib. Ələsgərli verilişdə Elzanı təhqir edib, qınayanlara sərt cavab verib:

"Brilliant Dadaşova və mən Elzaya dəstəyik. Elza düz edib bu proqrama gəlib. Bir söz xətrimə dəydi: dediniz ki, sənət adamları sizi çox istəmir və yardım etmir. Biz onun yanındayıq, onu sevirik. Onun bir qarmoniyasını başa düşmək üçün 50 il sonra doğulmalısan. O, gözəl sənətkar, bəstəkardır. Onu orada təhqir etməyin. İnanıram bu iş düzələcək, düzəlməsə də sənət adamları yığışıb yardım edəcək. Elza Rəşid Behbudov dövründə doğulsaydı, onlar qədər sevilərdi, Onun mahnılarını mən, Brilliant Dadaşova oxuyub. Sənin arxandayam. Mən ona 1000 manat dəstək oluram".

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə proqramda yardım istəyib.


Teqlər:





Xəbər lenti