Qarabağda daha 242 mina aşkarlanıb

Qarabağda daha 242 mina aşkarlanıb
  16 May 2022    Oxunub:402
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan AzVision.az -a bildirilib ki, mayın 9-dən 14-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl, Zəngilan və Xocavənddə 183 piyada əleyhinə mina, 59 tank əleyhinə mina və 493 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az

Teqlər: Mina  







Xəbər lenti