Mutantlar geri dönür – VİDEO

Mutantlar geri dönür – VİDEO
  14 Aprel 2014    Oxunub:1969
Bu ay `X-adamlar` franşizasının yenilənmiş versiyasının 2-ci hissəsi Azərbaycanda kinoteatrlara çıxacaq. Film `X-adamlar: Keçmiş gələcəyin günləri` adlanır.
Film yenidən `yaxşı` və `pis` mutantların qarşıdurmasndan bəhs edir. Orijinal trilogiyda qruplara başçılıq edən Patrik Stüart və Yen Makklenan yenidən filmə qayıdıblar. Bu, aktyorların özləri üçün də gözlənilməz olub. Digər rollarda Maykl Fassbender, Ceyms Makevoy, Cennifer Lourens oynayırlar.

Süjetin əsasında zamanda səyahət mövzusu dayanır. Filmin rejissor kreslosunda yenidən əyləşən Brayan Sinqerin sözlərinə görə, filmi çəkərkən zamanda səyahət mövzusunda daha inandırıcı görünmək üçün fantastik kinonun patriarxı Ceyms Kemerunla ciddi məsləhətləşmələr aparıb.

Zamanda səyahət konsepsiyası ssenariçilərə ona görə lazım olub ki, orijinal trilogiyanın süjet xəttini bağlayıb, “X-adamlar: Birinci sinif” ilə əsası qoyulan ikinci silsiləni davam etdirsinlər.




Teqlər:





Xəbər lenti