Köçməyə razılaşan `Sovetski` sakinlərinin sayı

Köçməyə razılaşan `Sovetski` sakinlərinin sayı
  11 Aprel 2014    Oxunub:949
İndiyə qədər 330-a yaxın “Sovetski” sakini ilə müqavilə imzalanıb. 600-ə yaxın sakin razılıq müqaviləsi üçün müraciət edib. Əksər sakinləri isə gözləmə mövqeyində olduqlarını deyirlər.

Onlar yalnız yüksək təbəqə nümayəndələrinin və evinin sahəsi böyük olan vətəndaşların təklif edilən şərtlərlə razılaşdığını bildirirlər.

Evini tərk etmək istəməyib, “bütün məhəllə də sökülsə, qalacağam”, - deyən vətəndaşlar isə “Basin”dəki, “Sovetski”də də kommunal xidmətlərin məhdudlaşacağından qorxurlar.

“Sovetski” sakinlərinin “Təşkilat Komitəsi”nin keçmiş sədri Namiq Quliyev isə Hafta.az-a verdiyi açıqlamada deyib ki, gedib ərizə verənlər var: “Amma hələ pullarını heç kim almayıb ki, bilək konpensasiyanı necə verəcəklər və ya köç olandan sonra qazı-işığı kəsəcəklər ya yox... Bunu yalnız onların evi söküləndən sonra bilə bilərik. Hələ ki, kiminsə nə qazı, nə suyu, nə də işığı kəsilib. Hamı öz evindədir, bir nəfər də köçməyib”.

Onun sözlərinə görə, razılıq ərizəsi təqdim edənlərin müraciətinə 1 ay müddətində baxılacaq və pulları təqdim ediləcək.


Teqlər:  





Xəbər lenti