İtən təyyarədən xəbər var

İtən təyyarədən xəbər var
  11 Aprel 2014    Oxunub:1380
Avstraliyaya məxsus P-3 "Orion" patrul təyyarəsi Hind okeanının dibində qara qutulardan gəldiyi ehtimal edilən yeni siqnallar əldə edib.
Malayziyaya məxsus itən təyyarənin axtarışına cəlb olunmuş avstraliyalı mütəxəssislər bir neçə gün əvvəl əldə edilmiş siqnalların təyyarənin qara qutularına aid olduğundan əmindir. Bunu Avstraliyanın baş naziri Toni Ebbot bildirib. "Biz axtarış sahəsini həddindən artıq daraltmışıq və əminik ki, həmin bölgədə qeydə alınan siqnallar qara qutulardan əldə edilib".

Lakin Avstraliyanın baş naziri axtarış əməliyyatının təfərrüatlarını açıqlamaqdan imtina edib.

Ötən gün Avstraliyaya məxsus P-3 "Orion" patrul təyyarəsi Hind okeanının dibində qara qutulardan gəldiyi ehtimal edilən yeni siqnallar əldə edib.

Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən yoxa çıxan təyyarədə ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub. Onların əksəriyyəti Çin vətəndaşlarıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti