Ukraynada prezidentliyə namizəd yoxa çıxdı

Ukraynada prezidentliyə namizəd yoxa çıxdı
  11 Aprel 2014    Oxunub:1608
Oleq Tsarev xüsusi təyinatlılarla birgə oteldən çıxandan sonra itib.
AzVision.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, xüsusi təyinatlılar Ukrayna prezidentliyə namizədi Odessadakı Pormenad Otelindən naməlum istiqamətə aparıblar.

Siyasətçinin mətbuat xidmətinin məlumata görə, onunla əlaqə tamamilə kəsilib, mobil telefonuna da cavab vermir. Bu barədə məlumat deputatın Facebook səhifəsində yerləşdirilib.

Xatırladaq ki, aprelin 10-da Avromaydan tərəfdarlarından ibarət dəstə prezidentliyə namizədin qaldığı oteli mühasirəyə almışdılar.

Oleq Tsarev öldürüləcəyindən qorxduğu üçün o gündən oteli tərk etməyib. Lakin bu gün o, xüsusi təyinatlıların müşayiəti ilə oteli tərk edib. Qeyd edək ki, `Maydan` fəalları da dünəndən otelin ətrafını tərk ediblər.

Tsarevin təmsilçilərinin sözlərinə görə, O. Tsarev Odessaya bayram tədbirlərində iştirak üçün gəlibmiş.

S. Həsənova


Teqlər:  





Xəbər lenti