Tanınmış prodüser qarət olunub

Tanınmış prodüser qarət olunub
  11 Aprel 2014    Oxunub:1280
Prodüsser Sayqa Məmmədovaya (Sayqa Cahid) hücum edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 10-da M.Rüstəmov küçəsində naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb.

DİN Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub.
Qeyd edək ki, Sayqa Məmmədova (Sayqa Cahid) prodüsser kimi fəaliyyət göstərir.


Teqlər:  





Xəbər lenti