Ermənistan AŞPA-dan çıxa bilər

Ermənistan AŞPA-dan çıxa bilər
  11 Aprel 2014    Oxunub:1143
Erməni ekspert isə hesab edir ki, Moskva ilə həmrəylik əlaməti olaraq ölkəsinin AŞPA-nın qapılarını Qərbin üzünə çırpmağa hüququ çatmır.

Rusiya Federasiyasını AŞPA-dakı nümayəndə heyətinin aqibəti demək olar ki, həll olundu. AŞPA bugünkü plenar iclasında Rusiyanı 2014-cü ilin sonunadək səsvermə hüququndan məhrum etdi və rusiyalı deputatların səlahiyyətləri əlindən alındı. Lakin Moskva Assambleyadakı taleyinin bununla bununla həll olunduğu qənaətində deyil. Ola bilsin ki, Rusiya ümumiyyətlə qurumu tərk etsin.

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov , Assambleyanı Rusiya nümayəndə heyətinin hüquqlarını pozmaqda və satqınlıqda ittiham edərək bildirib ki, hazırda Rusiyanın AŞPA-dan tamamilə kənarlaşması məsələsi bu müzakirə edilir. O deyib ki, bu barədə yekun qərar artıq Moskvada qəbul olunacaq.

Erməni ekspertlər isə hesab edirlər ki, Rusiya AŞPA-dan tamamilə uzaqlaşsa, Ermənistanı da ardınca aparacaq. Ermənistan Parlamentdə xarici əlaqələrlə iş üzrə daimi komissiyanın keçmiş rəhbəri Ovannes İgityan belə deyib.

«Moskva elə əvvəldən bəyan edib ki, ona qarşı hər hansı, hətta ən yumşaq sanksiya tətbiq olunarsa, Rusiya nümayəndə heyəti iclas zalını tərk edəcək.

Biz dəfələrlə Rusiyanın Ermənistana təzyiqlər etməsinin şahidi olmuşuq. Odur ki, həmrəylik əlaməti olaraq Ermənistan da AŞPA-dan çıxa bilər. Bu mümkündür, lakin mən deyə bilmərəm ki, Ermənistan nümayəndə heyəti bunu edəcək, ya yox.

Əlbəttə ki, Rusiya hər şey edə bilər, lakin burada məntiq görünmür, çünki Avropa Şurası ölkələrin könüllü şəkildə könüllü şəkildə daxil olduğu bir institutdur. Həmin ölkələr o cümlədən Ermənistan Avropa Şurasının prinsiplərini qəbul edir. Burada insan hüquqları, alternativ seçki və digər prinsiplər mövcuddur.

Əgər Rusiya atdığı addımlara görə Avropa Şurası tərəfindən cəzalandırılacaqsa, bu onun öz işidir. Ermənistan qurumdan niyə çıxmalıdır ki?! Bunula yanaşı hesab edirəm ki, Rusiyanın Ukrayna ilə münasibətdə atdığı addım yanlışdır.

Buna baxmayaraq Rusiya böyük ölkədir, o, Avropa Şurasına sillə vuraraq qapını Qərbin üzünə çırpa bilər. Əvvəl-axır bizim işimiz bütün dünya ilədir, biz Rusiyanın bir hissəsi deyilik” –deyə Ovannes İgityan bildirib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti