Azərbaycanda daha bir kəndə təbii qaz verildi

Azərbaycanda daha bir kəndə təbii qaz verildi
  11 Aprel 2014    Oxunub:973
Bu gün Lənkəran rayonunun Velədi kəndinə təbii qaz verilməsi münasibətilə tədbir keçirilib.

AzVision.az ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və Lənkəran şəhər İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə bildirilib ki, 379 abonenti olan Velədi kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 15 919 metr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 379 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.



Teqlər:





Xəbər lenti