Azərbaycan AŞPA-da Rusiya qətnaməsinə belə səs verdi

Azərbaycan AŞPA-da Rusiya qətnaməsinə belə səs verdi
  10 Aprel 2014    Oxunub:1399
Rusiyanın 2014-cü ilin sonuna qədər səsvermə hüququndan məhrum edən qətnaməyə səsvermə prosesində Azərbaycanın nümayəndə heyətinin 11 üzvündən 6-sı iştirak edib.

Azərbaycanın bir deputatı (Sabir Hacıyev) qətnamənin qəbul olunmasının əleyhinə səs verib, digərləri, o cümlədən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bitərəf qalıblar.

Səsvermədə ümumilikdə 173 nümayəndə heyəti üzvü iştirak edib. Onlardan 140 deputat qətnamənin lehinə,16 deputat əleyhinə səs verib,17 deputat isə bitərəf qalıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti