ABŞ nüvə silahlarının sayını azaldacaq

ABŞ nüvə silahlarının sayını azaldacaq
  10 Aprel 2014    Oxunub:1430
Amerika Birləşmiş Ştatları nüvə silahlarının sayını azaldacağını bəyan edib.
Pentaqonun yaydığı məlumatda bildirilir ki, Birləşmiş Ştatlar qurudan atılmağa hazır vəziyyətdə olan nüvə başlıqlı raket sayısını 400-ə endirəcək. Amerikanın Müdafiə Nazirliyinin bəyanatına görə bu addım Rusiya ilə imzalanan müqaviləyə əsasən həyata keçirilir.

50-yə qədər raket yeraltı ambarlardan çıxarılaraq passiv hala gətiriləcək. Amma bu sözügedən silahların məhv ediləcəyi mənasına gəlmir. Pentaqondan bildiriblər ki, sözügedən raketlər ehtiyyatda saxlanılacaq. Bununla da Amerikadakı nüvə başlıqlı raket sayısı 1960-ıncı ildən sonra ən aşağı səviyyəyə enmiş olub.

AzVision.az


Teqlər:





Xəbər lenti