Qorbaçov rus deputatları vecinə almadı
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, “Vahid Rusiya” partiyası, Kommunist Partiyası və Liberal Demokrat Partiyasının bəzi millət vəkilləri M.Qorbaçovun həbs edilməsini tələb ediblər.
Deputatlar Qorbaçovun SSRİ-nin dağılması müddətindəki rolu və fəaliyyəti ilə bağlı cinayət işinin açılmasını istəyiblər.
Millət vəkillərinin bu tələbi ilə bağlı danışan Qorbaçov bildirib ki, həmin deputatlar onun adından istifadə edib reklam olunmaq və gündəmdə qalmaq istəyirlər. Onun haqqında səsləndirilən bu iddiaları rədd edən Qorbaçov həmin şəxslərə cavab vermək istəmədiyini deyib: “Təbii ki, mən bu insanlara cavab vermək istəmirəm. Mən işlərimlə və səhhətimlə maraqlanıram”,-deyə M.Qorbaçov əlavə edib.
Sevinc İltifatqızı
AzVision.az