Ölkəmizin təhlükəsizliyi ilə bağlı yeni sənəd

Ölkəmizin təhlükəsizliyi ilə bağlı yeni sənəd
  03 Aprel 2013    Oxunub:1353
Azərbaycan parlamentinin ölkənin milli təhlükəsizliyi ilə bağlı yeni sənəd qəbul etməsi gözlənilir.
Milli Məclisdən verilən məlumata görə, bir müddət əvvəl güc qurumları arasında yerli və NATO ekspertlərinin iştirakı ilə müzakirə olunan Azərbaycanın Strateji Müdafiə İcmalı yenidən işlənmiş və təkmilləşdirilmiş formada parlamentdə müzakirəyə çıxarıla bilər.

Sənədin qanunverici müstəvidə müzakirəsi zamanı qəbul olunacaq layihədə ölkənin ümumi təhlükəsizlik mühitinin qiymətləndirilməsi, hansı risklərin mövcud olması və ona qarşı profilaktik tədbirlər, ölkənin Silahlı Qüvvələrinin vəzifə və prinsiplərinin yeni formada tənzimlənməsi, yeni formada islahatların aparılması və sair məsələlər təsbit olunacaq. Layihə yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Strateji Müdafiə İcmalı 2010-cu ildə Azərbaycan və NATO ekspertləri ilə Bakıda müzakirə olunsa da, hələ də tətbiq edilməyib./apa/


Teqlər:





Xəbər lenti