Gülənin xəyanətinin üstü açıldı - SƏNƏD
Məktubda Gülənin Türkiyə əleyhinə sərt ifadələr səsləndirdiyi bildirilir. Sözügedən məktubda Türkiyədə demokratiyanın ciddi təhlükədə olduğu, bu ölkədə insan hüquq və azadlıqlarının tapdalandığı, hakimiyyətin diktatura rejimində çalışdığı qeyd edilib.
Türk mətbuatının yazdığına görə, məktubun əsas məqsədi Türkiyə hökumətini beynəlxalq güclər qarşısında aşağılamaq, Ərdoğan iqtidarını qaralamaqdan ibarətdir.
Belə ki, məktubda Fətullah Gülən Türkiyədəki vəziyyəti “90 illik demokratiya böhran içindədir” sözləri ilə ifadə edir. Adı çəkilən məktub ABŞ-da dinlərarası dialoq fəaliyyəti aparan Sülh Adaları İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktoru Mehmet Kllıçın imzasını daşıyır.
Məktubda Fətullah Gülən haqqında “hörmətli sədrimiz” sözləri qeyd olunur. Dörd səhifəlik məktubda Türkiyədə 2013-cü il dekabrın 17-də baş tutan rüşvət və qaçaqmalçılıq əməliyyatları ilə bağlı da fikirlər yer alıb:
“Bildiyiniz kimi, Türkiyədə geniş miqyaslı rüşvət və qaçaqmalıçılıq əməliyyatı barədə “New York Times”, “Wall Street”, “Washington Post” qəzetləri ilə yanaşı ABŞ-ın da bir çox mətbuat orqanlarında məlumatlar dərc edilib. Bu günə qədər qalmaqallar 3 nazirin və Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin partiyadan istefası ilə nəticələnib. Əməliyyatlar iqtidarın istintaqa müdaxiləsi və hakimi, prokuroru, polisi və mətbuatı susdurmağı ilə başa çatıb.
Fatimə Kərimli