Kadırov: `Vəhhabilər İslamın ən qatı düşmənidir`

Kadırov: `Vəhhabilər İslamın ən qatı düşmənidir`
  10 Aprel 2014    Oxunub:1692
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Çeçenistan prezidenti bəyan edib ki, respublikada hərbi və ideoloji səviyyədə görülən işlər nəticəsində vəhhabi və terrorçular demək olar ki, bütünlüklə zərərsizləşdirilib.
“Biz qanunsuz silahlı birləşmələrin öhdəsindən təkcə silahla deyil, həm də ideoloji baxımdan qalib gəldik. Terrorçulara və vəhhabilərə qarşı, eynilə onların istifadə etdiyi metoddan istifadə etdik. Biz dərin elmi əsaslarla sübut etdik ki, vəhhabilər müsəlman deyil. Onlar İslam dininin ən qatı düşmənləridir. Ola bilsin ki, hələ də 5-10 nəfər dağlarda gizlənsin. Lakin mən bütün məsuliyyətimlə deyə bilərəm ki, Çeçenistan respublikasında vəhhabilərin qanunsuz silahlı birləşmələri tam zərərsizləşdirilib.

O, dağlarda və meşələrdə gizlənən 5-10 nəfər hər gün düşünür ki, bir tikə çörəyi necə əldə etsin. Onlar özlərini aşkar edən kimi ya tutulacaq ya da məhv ediləcəklər”, - deyə Kadırov qeyd edib.

Terrorçu Doku Umarovdan söz açan Çeçenistan rəhbəri qeyd edib ki, o öldürülüb və hazırda onun cəsədi İnquşetiya ilə sərhəddə daglıq-meşəlik massivində axtarılır.


Teqlər:  





Xəbər lenti