`Maydandakı snayperlər Saakaşvilinin adamları olub - İDDİA

`Maydandakı snayperlər Saakaşvilinin adamları olub - İDDİA
  09 Aprel 2014    Oxunub:1502
“Avaza” batalyonunun keçmiş komandiri Tristan Tsitelaşvili bildirib ki, Kiyevdə etiraz nümayişləri zamanı ukraynalılara atəş açanlar Gürcüstanın eks-prezidentinin əlaltıları olub.
“Meydanda 4 gürcü snayperi olub. Onlar, oraya Saakaşvilinin partiyasının tapşırığına əsasən gediblər. Partiyanın təmsilçiləri Kiyevdə fevral hadisələri zamanı dəfələrlə tribunalarda çıxışlar ediblər. Həmin snayperlərin 4-nün də kimliyi mənə məlumdur. Bu istiqamətdə araşdırmalar davam edir. Məxfiliyi qorumaq məcburiyyətində olduğumdan onların adlarını açıqlaya bilmərəm. Yalnız onu deyə bilərəm ki, həmin adamlar vaxtilə Mixeil Saakaşvilinin rəhbərlik etdiyi güc strukturunun keçmiş əməkdaşlarıdırlar. Keçmiş hakimiyyət onları məhz belə işlər üçün hazırlayıb. Onların Kiyevdəki qrupuna Qivi Tarqamadze və Qia Baramidze rəhbərlik edib”- deyə Gürcüstan ordusunun keçmiş generalı qeyd edib.

Generalin sözlərinə görə, Ukraynanın yeni hökuməti snayperlərin kim olduğu sualına hələ də cavab verə bilmir. Bununla yanaşı yeni hökumət hər şeyə görə xüsusi təyinatlı “Berkut” döyüşçülərini günahladırmağa çalışır. Əslində isə “Berkut” üzvlərinin özləri də naməlum muzdluların qurbanı olublar.

“Hələ mart ayında internetdə Estoniyanın xarici işlər naziri Urmas Paeta və Ketrin Eştonun qalmaqallı telefon danışığı yayıldı ki, bunun da sayəsində bəlli oldu ki, snayperləri muzdla sifariş edənlər “Avromaydan təmsilçiləri” olub”.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti