ABŞ: Ukraynada olanlar rusiyalı agentlərin işidir
Dövlət katibi Con Kerri Rusiyanı Ukraynaya qarşı işğalçılıq siyasəti yeritməkdə ittiham edim. Moskva Krım ssenarisini burada da həyata keçirməyə çalışır. Amerikalı diplomat bildirib ki, rəsmi Moskva Ukraynanın şərq vilayətlərində süni şəkildə toqquşmalar yaratmaqla, bu ərazilərə soxulmağa çalışır. Lakin Rusiyanın Ukraynanın şərqindəki separat fəaliyyətdə iştirak etməsi Vaşinqtonu narahat edir. "Ağ ev" Kremlə mane olmaq üçün ona qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırdır.
Kerrinin sözlərinə görə, sözügedən sanksiyalar Rusiyanın energetika sahəsini və bank sektorunu əhatə edəcək. Rusiya isə Ukraynanın cənub-şərq əyalətlərində baş verən hadisələrə görə məsuliyyət daşımadığını bəyan edir. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Birləşmiş Ştatlar özünün adət etdiyi əməlləri başqasında axtarmaqla səhvə yol verir.
AzVision.az