Kılıçdaroğlunu döyən Ərdoğanın adamı imiş

Kılıçdaroğlunu döyən Ərdoğanın adamı imiş
  09 Aprel 2014    Oxunub:1501
“Cənab Kılıçdaroğluna hücum edən Orxan Övetin 2012-ci ildə Almadağda partiyamıza üzv olub. Bu hadisədən sonra isə o, partiyadan xaric edilib”.
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna ötən gün hücum edən şəxsin hakim Ədalət və İnkişaf Partiyasının üzvü olduğu aşkarlanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin sədr müavini Hüseyn Çelik bu barədə Tvitter sosial şəbəkəsindəki hesabında yazıb:

Partiya rəsmisi dəfələrlə məhkum olunmuş şəxsin partiya üzvlüyünə qəbul edilməsini məsuliyyətsizlik kimi qiymətləndirib: “9 milyondan çox üzvümüz var. Onlarla dəfə məhkum olunmuş şəxsin partiyaya üzv qəbul olun olunmağı məsuliyyətiszilikdir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti