ABŞ-ın daha bir hərbi gəmisi Qara Dənizdə

ABŞ-ın daha bir hərbi gəmisi Qara Dənizdə
  09 Aprel 2014    Oxunub:1581
ABŞ-ın `Donald Cook` döyüş gəmisi Qara Dənizə daxil olub.

`Donald Cook` - “Tomohavk” qanadlı raketləri və “İcis” raketdən müdafiə sistemilə təchiz olunmuş bir esminesdir.

Bir qədər əvvəl isə ABŞ-ın `Truxtun` esminesinin Qara Dənizdə qalma vaxtı uzadılmışdı.

Yada salaq ki, hələ aprelin 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici dövlətlərin hərbi gəmilərinin Qara Dənizdə qalma vaxtının uzadılmasının Montrö sazişini pozduğunu bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti