Rus qoşunları Ukrayna sərhədində - FOTO

Rus qoşunları Ukrayna sərhədində - FOTO
  09 Aprel 2014    Oxunub:1054
İnternetdə rus hərbi texnikasının Ukrayna sərhədlərinə doğru irəliləməsini göstərən fotolar yayılıb. Fotolar ABŞ peykləri tərəfindən müxtəlif vaxtlarda çəkilib.

2013-cü ilin 25 oktyabrında, 2014-cü ilin martın 23-də və aprelin 2-də çəkilən fotolarda görünür ki, rus qoşunları prezident Vladimir Putinin dediyi kimi ölkənin içərilərinə doğru deyil, birbaşa Ukrayna sərhədlərinə doğru irəliləyir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin rus qoşunlarının Ukrayna sərhədlərindən geri çəkildiyini bildirmişdi.

Bu arada separatçıların bu gecə Rus qoşunlarının Ukraynaya daxil olması üçün sərhəddə “koridor” təşkil edirlər. Bu barədə Ukrayna hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Tımçuk Facebook səhifəsində yazıb.

“ Ukraynanın şərqində separatçıların 3 gündür müşahidə olunan fəallığı göstərir ki, Rusiya ölkəmizə soxulmaq üzrə ssenarisinin ikinci mərhələsini reallaşdırır”- Tımçuk yazır.

Onun sözlərinə görə, ölkənin şərqindəki separatçılar şəhərlərdə qurbanların da olduğu təxribatlar hazırlamaq barədə əmr alıblar ki, Rusiya tərəfi bunu “ Ukrayna hökumətinin xalqa qarşı terroru kimi qələmə verərək” Ukraynaya hücum etsin.

Bundan başqa, Tımçuk qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının regiondakı koordinatorları separatçılara, Ukrayna milisləri onlardan administrativ binaları boşaltmağı tələb etsələr atəş açmağı əmr ediblər.

“ Bizdə olan məlumatlara görə, Ukrayna hüquq-mühafizə və xüsusi xidmət orqanları, hazırda separatçı qrupların mühasirəyə alınması üçün tədbirlər həyata keçirirlər”-deyə hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri əlavə edib.

Səbinə Həsənova



Teqlər:  





Xəbər lenti