İrandan Avropa Parlamentinə etiraz - VİDEO

İrandan Avropa Parlamentinə etiraz - VİDEO
  09 Aprel 2014    Oxunub:1605
Avropa Parlamentinin İranda insan haqqlarının pozulması ilə bağlı ötən həftə qəbul etdiyi qətnaməyə yüzlərlə tələbə etiraz edib.

AzVision.az xəbər verir ki, tələbələr Avropa Birliyinə bu il sədrlik edən Yunanıstanın İrandakı səfriliyinin qarşısında mitinq keçiriblər.

Aksiya iştirakçıları binaya daxil olmağa çalışıb. Onlar deyib ki, Avropa Birliyini nə etdiyini bilməlidir: “Biz onlara inanmırıq. Bizim insan haqqları anlayışımızla onlarınkı arasında fərq var”.

Aksiya iştirakçıları həmçinin İranla Qərb arasında davam edən nüvə müzakirələrinin dayandırılmasını tələb edib.

Avropa Parlamentinin adı çəkilən qətnaməsində ötən il İranda keçirilən prezident seçkilərinin də demokratik olmadığı qeyd edilib.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti