AŞPA Qırğızıstan Parlamentinə yeni status verdi
Müzakirələrin sonunda AŞPA-da Qırğızıstan Parlamentinə Demokratiya naminə tərəfdaşlıq statusunun verilməsinə dair Andreas Grossun hazırladığı qətnamə layihəsi səsə qoyulub və o, 86 səslə qəbul olunub.
Qeyd edək ki, A. Gross öncədən məsələyə dair AŞPA-nın keçmiş sədri Mevlut Çavuşoğlu tərəfindən hazırlanan hesabatı yekunlaşdırıb.
Hesabatda deyilir ki, Orta Asiyanın parlament demokratiyasına söykənən siyasi sistemi seçmiş yeganə ölkəsi olan Qırğızıstan demokratiyaya keçid yolunu tutub və ona hər cür dəstəyin verilməsi vacibdir.
Avropalı parlamentarilər ölkədə demokratiyanı möhkəmləndirməyi nəzərdə tutan konstitusional, siyasi, institusional və qanunvericilik sahəsində aparılan dərin islahatları, eləcə də 2007-ci ildə ölüm hökmü ləğv olunmasını və qadınların siyasi həyatda iştirakına rəvac verilməsini alqışlayıb.
Qeyd edək ki, Qırğızıstan Parlamentinin 23 faizini qadınlar təşkil edir (28 deputat).
2009-cu ildə yaradılan bu status qonşu regionların üzv olmayan ölkələrinin Parlamentləri ilə institusional əməkdaşlığı nəzərdə tutur.
Teqlər: