Kılıçdaroğlu danışdı, Ərdoğan üzr istəyəcək

Kılıçdaroğlu danışdı, Ərdoğan üzr istəyəcək
  08 Aprel 2014    Oxunub:1052
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu parlamentdə məruz qaldığı yumruq hücumundan danışıb.

AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Kılıçdaroğli vurğulayıb ki, təzyiqlər onların fəaliyyətinə mane ola bilməz: “Hamını sakit olmağa çağırıram. Demokratiya yolu maneələrlə doludur. Bu, CHP sədrinə edilən ilk hücum deyil. Rəhmətlik İsmət İnönünə daşlar atılıb, başı yarılıb. Bizim bir hədəfimiz var, o da ölkədə sağlam demokratiyanı bərqərar etməkdir. Bizim adətimizdə kiminsə önündə diz çökmək yoxdur. Kiminsə bir yumruğu ilə əsla geriyə addım atmayacağıq, inanclarımızdan əsla əl çəkməyəcəyik”.

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan dərhal bu məsələyə öz münasibətini bildirib.
Baş nazir bu cür hərəkətləri qınadığını qeyd edib.

“Mən bunun üçün cənab Kılıçdaroğluna keçmiş olsun deyirəm. Eləcə də özünə zəng edəcəm”,- deyə Ərdoğan qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti