Kılıçdaroğlunu döydülər

Kılıçdaroğlunu döydülər
  08 Aprel 2014    Oxunub:1324
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu döyən şəxsin kimliyi məlum olub.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, partiya sədrini döyən şəxs əslən Ərzurumdan olan Orxan adlı şəxsdir.

O, ilkin ifadəsində Kılıçdaroğlunu yumruqlamağı əvvəlcədən qarşısına məqsəd qoyduğunu deyib:

“Mən Alpərənəm. Bu, mənim məqsədim idi. Ona görə də parlamentə getdim və şərait yaranan kimi yumruqladım”.

Hücum əsnasında Kılıçdaroğlunun pencəyinin cırılıdğı bildirilir.

***

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, K.Kılıçdaroğlu 4 yumruq zərbəsi alıb və nəticədə eynəyi sınıb.

Hadisə partiya lideri parlamentin komitə iclasına gedərkən baş verib. O, Sülh və Demokratiya Partiyasının (BDP) millət vəkilləri ilə salamlaşarkən naməlum şəxsin yumruq hücumuna məruz qalıb. Həmin şəxsin Dönüş G. olduğu iddia edilir. Lakin onun şəxsiyyəti hələ dəqiq məlum deyil.

Hücum edən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.



Fatimə Kərimli




Teqlər:  





Xəbər lenti