Fanatları Hüseyn Dərya üçün pul vermədilər

Hüseynin ölümündən artıq uzun müddət keçsə də, həmin hesabda cəmi 50 manat pulun yığıldığı məlum olub. Yarımçıq qalmış mahnıların bir araya toplanması, eləcə də Hüseyn Dəryanın 40-na yığılacaq pulun bu qədər az olması onun dostlarını məyus edib.
Bu barədə məlumat verən təşkilatçı Samir Xəttab bildirib ki, bundan sonra əgər gözlənilən məbləğ yığılmazsa, hesabın ləğv olunacağı gözlənilir:
“Fanatlar əşyaların satılmasına mane oldular, dedilər ki, özümüz pul yığacağıq. O qədər insan cəmi 50 manat pul yığıb. Məbləğ planlaşdırdığımız işlərin öhdəsindən gəlməyə kömək etmir. Əgər pul yığılmazsa, hesab bağlanacaq.”