Moldovada ordu döyüş hazırlığına gətirildi

Moldovada ordu döyüş hazırlığına gətirildi
  08 Aprel 2014    Oxunub:1012
Moldova prezidenti Nikolaye Timofti ölkənin müdafiə naziri Valeri Troenkoya ordunun hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıq verib.

Ukraynanın şərqində separatçı qüvvələrin canlanması səbəbindən Moldova hərbi qüvvələrinə döyüşə hazır olmaq əmr olunub. AzVision.az Moldovanın Totul saytına istinadla xəbər verir ki, ölkənin ali baş komandanı, prezident Nikolaye Timofti Milli orduya “döyüşə hazır olunsun və hərbi texnika hazır vəziyyət gətirilsin” əmri verib. Milli Təhlükəsizlik Şurasının iclasında müdafiə nazirinə xüsusi tapşırıq verib ki, mümkün hərbi müdaxiləyə vaxtında cavab verilməsi üçün ordu hazır vəziyyətə gətirilsin.

Bu arada müdafiə naziri Valeri Troenko bildirib ki, Ukraynadakı vəziyyət Moldovada təxribatlara səbəb ola bilər. Buna görə də hazır olmaq lazımdır.

Son vaxtlar müxtəlif ölkələrin dövlət rəsmiləri Krımın Rusiyaya birləşməsindən sonra növbəti hədəfin Moldova olduğunu açıqlayıb. Hələlik rəsmi Kişinyov Kreml tərəfindən təhdid edilməsə də, Moldova ordusu neqativ halları aradan qaldırmaq üçün döyüş əmri alıb.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti