Xarkovda təmizləmə: 70 nəfər tutulub

Xarkovda təmizləmə: 70 nəfər tutulub
  08 Aprel 2014    Oxunub:972
Ukrayna milisi Xarkovun mərkəzini tam nəzarət altına götürüb.
Bununla yanaşı yerli administrasiya binasını da geri qaytarıb. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov facebook səhifəsində yazıb.

Avakov baş verənləri “antiterror əməliyyatları adlandırıb”. Onun sözlərinə görə, yerli vaxtla saat 08:00-da milislər administrasiya binasına nəzarəti bərpa ediblər. Qeyd edək ki, milislərin binaya hücumu zamanı yanğın baş verib.

Avakov, həmçinin 70 ”separatçının” saxlanıldığını bildirib. Nazirin dediyinə görə, əməliyyatlar zamanı odlu silahdan istifadə olunmayıb. Bununla yanaşı DİN rəhbəri xəsarət alan olub-olmadığı barədə heç bir söz deməyib. O, Xarkov sakinlərini təşvişə düşməməyə və metronun bağlanması ilə əlaqədar narahat olmamağa çağırıb. “Narahat olmayın. Əməliyyatları yekunlaşdıraq, açacağıq”- Avakov bildirib.

Bir qədər sonra isə Ali Radanın deputatı Nikolay Knyajiyskiy Xarkovda həbs olunanların Poltava və Kiyevə göndərildiyini bildirib.
Bu arada DİN Xarkov Televiziyasının da azad olunduğunu bəyan edib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti