ABŞ əsgərləri Ukraynada
Rusiya xarici işlər idarəsi nazirliyinin Facebook səhifəsində məlumat verilib ki, Ukraynanın cənub-şərqində, o cümlədən Donetsk şəhərində, “Pravıy sektor” qeyri-qanuni silahlı birləşmənin iştirakı ilə Ukraynanın daxili qoşunları və Milli qvardiya bölmələri cəmləşdirilir.
“Onlara Cənubi-Şərq sakinlərinin etirazlarının qarşısının alınması tapşırılıb. Təəssüfedici haldır ki, bu əməliyyata “Sokol” bölməsinin döyüşçülərinin formasını geyinmiş ABŞ-ın xüsusi "Greystone" hərbi təşkilatının 150 hərbiçisi də cəlb edilib”, - məlumatda bildirilir. Rusiya XİN Ukraynada vətəndaş müharibəsinə səbəb ola bilən hərbi hazırlıqları dayandırmağa çağırıb.
Bu arada Ukraynanın daxili işlər naziri Arsen Avakov , Donetsk , Xarkov və Luqansk vilayətlərinə əlavə olaraq xüsusi polis dəstələri göndərilib.
Səbinə Həsənova
Teqlər: