İtən təyyarədən xəbər var

İtən təyyarədən xəbər var
  07 Aprel 2014    Oxunub:1279
“Malaysia Airlines” şirkətinə məxsus itən “Boing-777-200” təyyarəsinə məxsus siqnallar əldə olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarənin axtarışı ilə məşğul olan qrupun rəhbəri Angus Houston təyyarə ilə bağlı vacib detal əldə etdiklərini açıqlayıb. Onun sözlərinə görə, aşkar olunan qara qutudakı siqnal itən gəmidəki qurğuların siqnalı ilə oxşarlıq təşkil edir. Təqaüdçü komandir olan Houston siqnalların Avstraliyanın şimal-qərbində aşkarlandığını bildirib. Komandir siqnalların təyyarəyə məxsus olub-olmamasının bir neçə gündən sonra dəqiqləşəcəyini də əlavə edib.
Houston açıqlamasında onu da bildirib ki, Çin gəmisindən də gələn hesabatlar nəticəsində bütün aşkar olunan məlumatlar dəyərləndiriləcək.

Qeyd edək ki, dünən də Hind Okeanının cənubunda itən Malayziya təyyarəsiylə əlaqəsi ola biləcək siqnal alınmışdı. Avstraliyalı səlahiyyətlilər həmin siqnalın təyyarənin qara qutusuna məxsus olduğuna etiraz etməmişdilər.



Teqlər:  





Xəbər lenti