Saakaşvili Gürcüstanda "Maydan" ssenarisi hazırlayır

Saakaşvili Gürcüstanda "Maydan" ssenarisi hazırlayır
  07 Aprel 2014    Oxunub:1063
“Ukraynadakı "Maydan" iştirakçıları Gürcüstana gətirilib və onlar yerlilərə treninqlər keçirlər”.
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ölkədə ikinci "Maydan" ssenarisinin hazırlandığını bildirib. Aleksandr Çikaidze "Prime Time" qəzetinə müsahibəsində deyib ki, keçmiş Prezident Mixeil Saakaşvilinin qurucusu olduğu "Vahid Milli Hərəkat" partiyası artıq dövlət çevrilişi üçün hazırlıqlara başlayıb. Onun sözlərinə görə Ukraynadakı "Maydan" iştirakçıları Gürcüstana gətirilib və onlar yerlilərə treninqlər keçirlər.

A. Çikaidzenin sözlərinə görə “Saakaşvilinin ardıclıları əvvəlcə xalqı küçələrə tökməyə, ardınca onlara atəş açmağa və sonda bunu mövcud hökumətin üzərinə atmağa çalışacaqlar".

S. Həsənova


Teqlər:





Xəbər lenti