Rusiyalı professor: `Rusiya III Dünya Müharibəsini yetişdirə bilər`
Qeyd edək ki, Krımla bağlı fərqli fikirlərini açıq bölüşdüyünə görə professor universitetdən xaric olunub.
O, postsovet dövrünün dünyada ən təhlükəli bölgələrdən biri olduğu fikrindədir. Çünki burada çoxlu tanınmamış “respublikalar” var.
Zubova görə, əgər bu şəkildə separatizm yayılarsa, bütün Avropa dövlətləri parçalana bilərlər. “Biz bu Pandora yeşiyini açsaq, Üçüncü Dünya Savaşına gətirib çıxara bilərik. Bu, hamının hamıya qarşı savaşı olacaq”,- deyə professor vurğulayıb.
Professor istisna etmir ki, Rusiyanın iştahı Krımla yatmayacaq və o, bu siyasəti davam etdirəcək. “Krımın ilhaqına inanmırdım. Amma bu, oldu. Siyasi cəhətdən tamamilə ağılsız bir addım idi və çox ağır nəticələrə gətrib çıxara bilər. Materik Ukraynasının ərazisinə girmək ağılsızlıq olacaq. Xeyli qan axacaq”,- deyən Zubov bildirib ki, Krımın ilhaqlından sonra savaş ehtimalı xeyli artıb.
AzVision.az
Teqlər: