Moldova da qarışdı - VİDEO

Moldova da qarışdı - VİDEO
  07 Aprel 2014    Oxunub:1275
Moldovanın paytaxtı Kişinyovda Rusiya əleyhinə mitinq keçirilib.

Moldovada əhali iki qütbə ayrılıb. Şəhərlərdə həm Rusiya tərəfdarları, həm də əleyhdarları mitinqlər keçirirlər.

Moldovada Rusiya əleyhinə keçirilən mitinqlərdə iştirakçılar bildiriblər ki, öz torpaqlarında Krım ssenarisinin təkrarlanmasını istəmirlər. Əllərində Moldova və Avropa Birliyinin bayraqlarını tutan yüzlərlə mitinq iştirakçısı “Putin-işğalçı”, “Bura Krım deyil” şüarlarını səsləndiriblər.

Rusiya tərəfdarları mitinqə rus bayrağı ilə çıxıblar. Onlar Dnestryanının Rusiyaya birləşdirilməsini istəyirlər.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti