İtalyan səfirin adı seks qalmaqalında

İtalyan səfirin adı seks qalmaqalında
  07 Aprel 2014    Oxunub:2037
İtaliyanın Aşqabaddakı səfiri Daniele Bosion həbs olunub. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı səfir D.Bosion məzuniyyətdə olarkən seks qalmaqalı ilə gündəmə gəlib.

Səfirin məzuniyyət zamanı yaşları 6 ilə 12 arasında dəyişən üç uşaqla hoteldə sekslə məşğul olduğu iddia olunur. Uşaqların hazırki durumu beynəlxalq uşaq hüquqları müdafiəçi təşkilatı ECPAT səlahiyyətlilərini də narahat edir.

Səfirin həbs xəbəri Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib. Pul qarşılığında uşaqlarla sekslə məşğul olduğu iddiası ilə həbs olunan Daniele jurnalistlərə açıqlama da verib. O, “Mən pedofil deyiləm, o uşaqları parka aparmaq istəmişdim. And içirəm onlara heç nə etməmişəm. Ümid edirəm hər şey ortaya çıxacaq” şəklində danışıb.
Qeyd edək ki, Daniele Bosion bu vəzifəyə ötən ilin dekabr ayından təyin olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti