20 illik soyqırım - FOTOSESSİYA

20 illik soyqırım - FOTOSESSİYA
  07 Aprel 2014    Oxunub:1963
Bu gün Ruanda respublikasında törədilən soyqırımın 20-ci il dönümüdür. AzVision.az xəbər verir ki,1994-cü il aprelin 7-də başlayan soyqırım 100 gün davam edib və 800 mindən çox insan qətlə yetirilib.
Soyqırım Tutsi və Hutu etnik qrupları arsındakı qarşıdurma nəticəsində baş verib. Belə ki, əvvəlcə Belçikanın müstəmləkəsi olan Ruandanı ölkə əhalisinin 15 %-ni təşkil edən Tutsuilər idarə edib. Ölkə müstəqil olduqdan sonra isə Hutular hakimiyyəti ələ alıb.

Aprelin 6-da radiodan verilən anonsla 100 günlük soyqırım başlayıb.

Soyırım zamanı qaçqın tutsilər Tanzaniya və Konqodan Ruandaya gələrək öz gücləri ilə soyqırımın qarşısını alıblar. Buna baxmayaraq 100 gün ərzində 1 milyona yaxın insan soyqırımın qurbanı oldu.

Soyqırım tutsilərin dəstəklədiyi üsyançı Ruanda Vətənpərvər Cəbhəsi lideri Paul Keqameyə tabe olan qüvvələrin köməyi ilə hutuların üstünlük təşkil etdiyi hökümətin devrilməsi ilə başa çatdı.

Zümrüd Cavadova

Qalereya




Teqlər:  





Xəbər lenti