Rusların Ukraynaya girişi məhdudlaşdırıldı - VİDEO

Rusların Ukraynaya girişi məhdudlaşdırıldı - VİDEO
  07 Aprel 2014    Oxunub:1068
Bu gündən ruslar Ukraynada 90 gündən çox qala bilməyəcək.
Rusiya Federasiyasının vətəndaşlarının Ukrayna ərazisində qalma müddətinə məhdudiyyətlər qüvvəyə minir. Ukraynanın Dövlət Sərhəd Xidməti, eləcə də Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan yeni qaydalara əsasən, Ukraynaya gələn rusların Ukrayna beynəlxalq müqavilələri ilə müəyyən olunmayan halda ölkəyə ilk giriş tarixindən etibarən 180 gün ərzində 90 gün Ukrayna ərazisində qala bilərlər. Artıq Ukraynanın Dövlət Sərhəd Xidməti qanuna uyğun tələblərin yerinə yetirilməsi ilə bağlı yoxlamalara başlayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında qanuna dəyişiklik edib. Bu dəyişikliyə əsasən, 1 yanvar 2014 -ci ildən Rusiyaya vizasız ziyarət edə bilən Ukrayna və digər ölkələrin vətəndaşları vizanın müddətini artırmadığı halda onun ərazisində altı ay ərzində 90 gündən çox qala bilməzlər.

Onu da qeyd edək ki, iki ölkə arasında vizasız rejim qüvvədə qalır.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti