Ukraynalı nazir: “Biz bacardıq” - VİDEO

Ukraynalı nazir: “Biz bacardıq” - VİDEO
  07 Aprel 2014    Oxunub:1304
Ukraynanın daxili işlər naziri Xarkovda yerli admistrasiyanın binasının azad edildiyini bildirib.
Ukraynada vəziyyət gərgin olaraq qalır. Hazırda Xarkov , Donetsk və Luqansk vilayətlərində Rusiyaya birləşmək istəyənlərin yerli hökumət əleyhinə etiraz mitinqləri davam edir. Məlumat üçün qeyd edək ki, mitinq iştirakçıları-Ukraynanın federallaşmasını dəstəkləyənlər, ötən gecə adı çəkilən vilayətlərdə administrasiya binalarını eləcə də təhlükəsizlik xidməti binalarını ələ keçiriblər.

Bir qədər əvvəl isə Ukraynanın daxili işlər naziri Arsen Avakov Xarkov administrasiyası binasının azad edildiyini bəyan edib.

“ Biz bacardıq. Bina separatçılardan azad edildi. Artıq iş prosesi də bərpa olunub”-deyə nazir facebook səhifəsində yazıb.

Xatırladaq ki, ötən gündən başlayaraq Xarkovda 2 minə yaxın insan Donetsk və Luqanska dəstək mitinqi keçirirlər. “ Xarkov, Rusiya” şüarları səsləndirən mitinq iştirakçıları tərəfdarlarını dözümlü olmağa çağıraraq “azı bir gün də” administrasiya binalarını əldə saxlamağa çağırıblar.

Bu arada gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvıli facebook səhifəsində yazıb ki, “əgər separatçılar ələ keçirdikləri vilayət administirasiyalarını nəzarətdə saxlaya bilsələr, Rusiya ordusu Ukraynaya daxil olacaq”.

«Üç gün bundan əvvəl mən öz məqaləmdə Ukraynanın şərq vilayətlərində vilayət şəhər administirasiyalarına hücum ediləcəyini bildirmişdim. Əgər diversantlar 48 saat orada davam gətirsələr, Rusiya ordusu Ukraynaya soxulacaq. Bu, eynilə Krım ssenarisidir - əvvəlcə mitinq, o, baş tutduqda, hökumət binasına hücum, ardınca isə Rusiya ordusunun hücumu. Daha dəqiqi, əvvəlcə Surikovun planı işə düşür, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşev hərəkətə keçir. Bütün bunlar o qədər primitivdir ki, Ukrayna hakimiyyəti hər şeyi əvvəlcədən hesablaya bilər», - Saakaşvili yazıb.





Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti