Yanukoviç Ukraynadan belə qaçıb - VİDEO

Yanukoviç Ukraynadan belə qaçıb - VİDEO
  07 Aprel 2014    Oxunub:1302
Ukraynanın keçmiş Baş prokuroru Viktor Pşonka və keçmiş Vergilər naziri Aleksandr Klimenkonun hələ bir müddət öncə ölkədən qaçmaq istədiyi anlar Donbas aeroportunun nəzarət kameralarına düşüb. Rus mətbuatı tərəfindən ilk dəfə efirə verilən süjetdə həmçinim sabiq prezident Viktor Yanukoviçin də qaçma anları yer alıb.



Videodan da göründüyü kimi, sərhəd məntəqəsini keçməyə cəhd edən sabiq məmurlardan Pşonkaya zəng gəlir. Belə anlaşılır ki, kimsə ona saxlanılacağı ilə bağlı xəbərdarlıq edir və buna görə də qaçmağa cəhd göstərir. Bu zaman məmurların şəxsi mühafizə üzvləri ilə səhrədçilər arasında dava düşür. Sərhədçilər xəbərdarlıq atəşi açsalar da adıçəkilən şəxslər hava limanının naməlum istiqamətdə qaçmağa müvəffəq olublar.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu Pşonkayə qarşı Cinayət Məcəlləsinin 115-ci maddəsi – kütləvi ölüm - üzrə cinayət işi açıb. Hazırda Pşonka axtarışa verilib. Günahı sübut olunarsa onu 7 ildən 17 ilədək həbs gözləyir.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti