İndoneziyada seçkiqabağı kampaniyalar dayandırıldı

İndoneziyada seçkiqabağı kampaniyalar dayandırıldı
  06 Aprel 2014    Oxunub:861
İndoneziyada ümumi seçkilər ərəfəsi kampaniya başa çatdı.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, aprelin 9-da İndoneziyada keçiriləcək ümumi seçkilərlə əlaqədar seçkiqabağı kampaniya başa çatıb. Parlamentə namizədlər və siyasi partiyaların liderləri seçicilərə son seçkiqabağı müraciətlərini ediblər.

İndoneziyada ümumi seçkilər beş ildən bir keçirilir.

Üç həftə davam etmiş seçkiqabağı kampaniya dövründə siyasi partiyalar nüfuzlu şəxslərdən istifadə edərək böyük mitinqlər təşkil etməyə çalışıblar.

Aprelin 9-da keçiriləcək ümumi seçkilərə üç gün qalmış bütün seçkiqabağı kampaniyalar dayandırılıb.


Teqlər:





Xəbər lenti