İtmiş təyyarənin axtarışları davam edir- VİDEO

İtmiş təyyarənin axtarışları davam edir- VİDEO
  06 Aprel 2014    Oxunub:1037
Çin təyyarəçiləri Hind okeanında itmiş təyyarəyə aid olduğu güman edilən yeni qırıntılar aşkar ediblər
“Malaysia Airlines” şirkətinə məxsus itmiş təyyarənin axtarışlarında iştirak edən Çin təyyarəçiləri Hind okeanında bu laynerə aid olduğu güman edilən “ağ rəngli yeni qırıntılar” aşkar etmişlər. Həmin qırıntılar Avstraliya sahillərindən 2700 kilometr məsafədə tapılıb.

AzVision.az xəbər verir ki, Çin hərbi-hava qüvvələrinə məxsus İl-76 təyyarəsinin göyərtəsindən bu obyektlərin fotoları 20 dəqiqə ərzində çəkilmişdir. Yeni tapıntı barədə məlumat Pert şəhərində yerləşən əlaqələndirmə mərkəzinə göndərilib.

Aprelin 5-də Çin tərəfi bu ölkəyə məxsus “Hasyun-1” axtarış gəmisinin itmiş təyyarənin “qara qutusunun” siqnallarını aşkar etməsi barədə yayılmış məlumatı təkzib edib.

Axtarışlar davam etdirilir.




Teqlər:  





Xəbər lenti